Menu

İŞİD daha bir amerikalının başını kəsdi

16.11.2014, 14:35
İŞİD daha bir amerikalının başını kəsdi

İŞİD girov saxladığı daha bir ABŞ vətəndaşının - Piter Kessiqanın başını kəsib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD-in həmin edam səhnəsini əks etdirən video paylaşdığı bildirilir.

Qeyd edək ki, İŞİD bundan əvvəl də girovluğunda olan ABŞ vətəndaşları olan jurnalistlər – Cim Fouli və Stiven Sotlofun başını kəsib.

İŞİD daha sonra isə İngiltərə vətəndaşı Devid Heynesi də eyni üsulla edam edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol