"Mən Ramiz Mehdiyevə bir neçə dəfə müraciət etmişəm və onunla görüşməyə nail olmaq üçün çalışmaqda davam edirəm. Onun köməkçisinə zəng vurmuşam. Prezidentin köməkçisi Əli Əsədovun şəxsən özünə zəng vurmuşam. Ramil Usubova məktubla müraciət etmişəm, mətbuat xidməti ilə əlaqə saxlamışam, çünki deyirlər ki, qəzet satışına polis icazə vermir. Əli Həsənova telefonla müraciət etmişəm, cavab verməyib. Sonda prezidentə də müraciət ünvanlamışam."
Bunları "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu virtualaz.org saytına müsahibəsində deyib. Baş redaktor "Yeni Müsavat"ın düşdüyü vəziyyətdən xilas etmək üçün cəhdlərini davam etdirəcəyini bildirib.
"Qəzetimi xilas etmək üçün Prezidentlə, Ramiz Mehdiyevlə, ümumən hər kəslə görüşməyə, danışmağa, anlaşmağa və bizdən nə istədiklərini, nə tələb etdiklərini öyrənməyə hazıram."
V.Nəsibov


Şərhlər