Menu

"Ukraynadan sonra Moldova anti-Rusiya mərkəzinə çevrilə bilər" - Lavrov

02.02.2023, 13:29
"Ukraynadan sonra Moldova anti-Rusiya mərkəzinə çevrilə bilər" - Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadan sonra hansı ölkənin anti-Rusiya mərkəzinə çevrilə biləcəyini açıqlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Lavrov “Rossiya24” kanalına müsahibəsində jurnalist və teleaparıcı Dmitri Kiselyovun “Ukraynadan sonra sizcə, kim anti-Rusiya mərkəzinə çevriləcək, Qazaxıstan, ya Qırğızıstan?” sualına Rusiya XİN rəhbəri “Moldova”, deyə cavab verib.

Rusiya XİN başçısı Moldova Prezidentinin anti-Rusiya siyasəti apardığını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol