PUTİN YENƏ NÜVƏ TƏHDİDLƏRİ YAĞDIRIR – “Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək”

"Bizi yenə Banderanın tərəfdarlarının əlləri ilə döyüşən alman “Leopard” tankları təhdid edirlər".

Bunu Rusiya Prezidenti Vladimir Putin Stalinqrad döyüşündəki qələbənin 80-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

"Bu, ağlasığmazdır, amma faktdır - bizi yenə banderaçıların əlləri ilə döyüşən alman “Leopard” tankları ilə təhdid edirlər. Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək, hamı bunu başa düşməlidir", - Putin dünyanı yenidən nüvə zərbəsilə təhdid edib.

Ukraynaya hərbi müdaxilədən sonra şəxsən Putin və digər Rusiya rəsmiləri dəfələrlə nüvə zərbəsi təhdidləri yağdırıblar. Lakin artıq bu təhdidlər əvvəlki təsir gücünü itirib. O səbəbdən ki, ABŞ və onun avropalı müttəfiqləri qətiyyət göstərirlər və bu təhdidlər Ukraynanı da çəkindirmir. Axı, nüvə silahı həm də NATO müttəfiqlərinin arsenalında var. 

Maraqlıdır ki, son vaxtlar Rusiya rəsmiləri, o cümlədən şəxsən Putin nüvə təhdidlərini daha dilə gətirmirdilər. Görünür, ağır tankların Ukraynaya verilməsi qərarı Kremldəki diktatoru yenidən özündən çıxarıb. 

"AzPolitika"

635x100

Şərhlər

Turan 2023-02-03 10:18:02

Rusiya alman tanklarından daha çox qorxur nəinki amerikan

t.ədalət 2023-02-02 20:56:21

Ukraynalıları "Bandera" adlandıran Putin Pusiyasının özü uşaq qatili stepan razinçilər deyilmi?

Son yazılar