Menu

Pakistanın keçmiş daxili işlər naziri həbs olunub

02.02.2023, 22:23
Pakistanın keçmiş daxili işlər naziri həbs olunub

Pakistanın keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhməd həbs edilib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin keçmiş rəhbərinin saxlanılmasına səbəb onun ölkənin keçmiş prezidenti və Pakistan Xalq Partiyasının (PXP) həmsədri Asif Əli Zərdariyə qarşı hədələri olub.

Polis Əhmədin Ravalpindi ilə İslamabadı birləşdirən magistral yolda həbs edildiyini bildirib. Onun üzərindən bir şüşə spirtli içki və odlu silah aşkar edilib. Həmçinin, keçmiş nazirin sərxoş vəziyyətdə olduğu qeyd olunub.

Saxlanılan şəxsin özü jurnalistlərə bildirib ki, onun həbsi Pakistanın hazırkı daxili işlər naziri Rana Sanaullahın təklifi ilə təşkil olunub.

Mənbə: gazeta.ru

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol