ABŞ QƏRAR VERDİ... – Ukraynaya uzaqmənzilli raketlər göndərilir

ABŞ Ukraynaya uzaqmənzilli raketlər göndərməyi planlaşdırır.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ administrasiyası Ukraynaya göndərəcəyi 2,2 milyard dollarlıq yeni hərbi yardım paketinə uzaqmənzilli raketləri də daxil edib.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, sözügedən raketlər Ukrayna ordusuna 150 kilometrə qədər məsafədə olan hədəfləri vurmağa imkan verəcək.

ABŞ-ın yardım paketinə 425 milyon dollarlıq sursat və dəstək avadanlıqları, həmçinin yeni silahların alınması üçün 1,75 milyard dollarlıq maliyyə vəsaiti daxildir.

Qeyd olunur ki, ABŞ Ukraynanın Rusiya ərazisini hədəfə ala biləcəyindən ehtiyat etdiyindən, Kiyevə uzaqmənzilli raket sistemləri göndərməkdə tərəddüd edirdi.

Lakin Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ötən gün verdiyi açıqlamada müttəfiqlərinin Ukraynaya uzaqmənzilli raketlər verəcəyi təqdirdə bu silahlarla Rusiya ərazisinə hücum etməyəcəklərinə dair zəmanət verməyə hazır olduqlarını bildirib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar