"Bizim üçün azad Ukrayna həm də azad Polşanın qarantıdır" - Müdafiə naziri

"Rusiyanın yenidən imperiya qurmaq meylinə qarşı çıxmaq azad dünyanın borcudur. Biz bu meyllərə müqavimət göstərə bilərik, ona görə də Polşa Ukraynanı dəstəkləyir, Ukrayna əsgərlərinin şücaəti bizi heyran edir".

APA xəbər verir ki, bunu Ukraynada səfərdə olan Polşanın müdafiə naziri Mariuş Blaşzak ukraynalı həmkarı Oleksiy Reznikovla görüşündə deyib.

"Biz Ukraynanı dəstəkləyirik, çünki bizim üçün azad Ukrayna həm də azad Polşanın qarantıdır. Prezident Lex Kaçinski 2008-ci ildə Gürcüstanda idi. Prezident Kaçinski Rusiya imperiyasının yenidən doğulmasının Polşa və dünya üçün nə qədər pis olmasını demişdi", - Polşa müdafiə naziri bildirib.

Polşalı nazir "Leopard" tanklarının Ukraynaya transferi barədə də danışb: "Tankların köçürülməsi prosesinin birinci mərhələsi Ukrayna əsgərlərinin hazırlığıdır, Polşa artıq bu təlimə qoşulub, Ukrayna əsgərləri seçilib. Qısa müddətdə əsgərlərə "Leopard" tanklarında təlim keçiləcək".

Blaşzak bildirib ki, ağır zirehli texnika Rusiyanın təcavüzündən müdafiə üçün mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Ukraynaya bu tanklardan göndərmək istəyən ölkələrin müdafiə nazirləri artıq bəyanat veriblər lakin koalisiyanın yekun bəyanatı da olacaq: "Fevralın ortalarına qədər yekun bəyannaməni gözləyirik. Tankların Ukraynaya köçürülməsi təşəbbüsü geniş vüsət alır".

Polşa müdafiə naziri qeyd edib ki, Ukrayna Prezidenti ilə görüşdə tankların göndərilməsi ilə bağlı beynəlxalq koalisiyanın yaradılması onun ölkəsinin prezidenti Andjey Dudanın təşəbbüsü idi və bu təşəbbüsün reallaşması çoxlu səylər və iş tələb edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar