İranda ifadəyə çağırılan azərbaycanlı musiqiçinin həbs olunduğu ortaya çıxıb

Yanvarın 30-da İranın Qəzvin şəhərinin ədliyyə idarəsinə çağırılan Məsumə Bənagərin həbs olunduğu bəlli olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı məlumat yayıb.

Bildirilib ki, M. Bənagər rejim qüvvələri tərəfindən qətlə yetirilən soydaşımız Cavad Heydərinin anım mərasiminə qatıldığı üçün saxlanılaraq həbs edilib.

Təşkilatın məlumatına görə, Məsumə Bənagər ilk dəfə noyabrın 13-də rejim qüvvələri tərəfindən qanunsuz şəkildə evdən həbsxanaya aparılıb. O, sosial şəbəkədə bir neçə hekayə paylaşmaqda ittiham olunub. Daha sonra dekabrın 25-də ifadə vermək üçün çağırılıb və həbs edilib. On gündən sonra o, məhkəmə prosesi başa çatana qədər zaminə buraxılıb.

Qeyd edək ki, Azərbaycan türklərinin kompakt yaşadığı Qəzvin şəhərinin sakini Məsumə Bənagər musiqiçidir və uşaq musiqi müəllimidir.

635x100

Şərhlər

t.ədalət 2023-02-03 23:55:08

İran hakimiyyətinə ciddi təsir olmasa daha da azğınlaşacaq.Bununla İran qeyri-islam dövləti olduğunu,dindən zorakı rejimi qorumaq üçün istifadə etdiyini bir daha sübut edir.Hiss olunur ki,İranda vəhşi bir rejim,Allahı inkar edən bir qurum mövcuddur.İran hakimiyyəti rəhbərlərinin narkoman olduqları haqqında çox söhbətlər gedir.Biz, "Qorxulu Tehran" romanında arvadını pritona aparan bir fars kişisi ilə rastlaşırıq.Bu adət eyni ilə ermənilərə aiddir.Oradakı Azərbaycan türkləri Suriyada təqib olunan türkmanlarla eyni taleyi yaşayır.

Eli 2023-02-03 23:54:15

Farslar ermenidir müselman deyil,eyni zamanda kiş de deyiller ,çünki kiş olan şexs kişi ile mübarize aparar kişi kimi daha xanıma baş qoşmaz ister bu yazılmış ve ya yazılmamış qanunlara göre olsun .Onsuz da İran Allahı tanımıysn bir ermeni dövletidir bu onların atdığı addımlardan da. belli olur.

Son yazılar