"Bu ölkə tamamilə başını itirib, başıpozuq bir ölkədir. Bu ölkə artıq bütün dünya ilə düşmən vəziyyətindədir. Açıq deyirəm, İran bizimlə müharibə vəziyyətindədir. Müharibə vəziyyətinin qaş-gözü olmur ki. Bizim ərazimizə təcavüz edirsə, elə bu, müharibə vəziyyətidir."
"AzPolitika.info" xəbər verir ki, bu fikirləri deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a müsahibəsində bildirib.
Fəzail Ağama İrandakı səfirliyimizdə törədilən terror aktının arxasında fars-molla rejiminin siyasi və dini rəhbərliyini dayandığını bildirib: "Ona görə də, təbii ki, Azərbaycanın indiki səbirli, təmkinli, ölçülüb-biçilmiş mövqeyi başadüşüləndir. Lakin göründüyü kimi, Azərbaycan xüsusi olaraq beynəlxalq müstəvidə, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bu məsələnin üstünə getməkdədir. Əminəm ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən açılmış cinayət işi əsasında bu terror aktı olduğu kimi, dəqiqliklə araşdırılacaq və törədilmiş cinayətin İran fars-molla rejiminin siyasi və dini rəhbərliyi tərəfindən hazırlanmasının, xeyir-dua verilməsinin, icrasına rəhbərlik etməsinin nəticəsinə gəlinəcək".
Fəzail Ağamalı bildirib ki, fars-molla rejimi itintaqın obyektiv şəkildə aparılmasına imkan verməyəcək: "İstintaq qrupu yaradılsa da, bu, nəticə etibarilə fars-molla rejimini, onun dini-siyasi rəhbərliyini ifşa edə biləcək nəticəyə gəldiyinə görə həmin istintaq qrupunun yaradılmasına mənim o qədər də inamım yoxdur. Sadəcə olaraq, məncə, bunun özü Azərbaycan tərəfindən imkanlar daxilində, ortada olan faktlar əsasında araşdırılıb, özünün hüquqi-siyasi qiymətini alacaq. Həmçinin zaman gələcək ki, həmin istintaqın nəticələrinə uyğun olaraq bu teraktın təşkilatçıları, onun rəhbərləri, himayədarları, həm də həyata keçirənlərin hərəkətlərinə hüquqi qiymət veriləcək. Belə nümunələr tarixdə var. Ya kiminsə ölümündən sonra, yaxud rejimin devrilməsindən sonra hətta ölən cinayətkarın qəbrinə də cəza kəsirlər, bunlar mümkündür.
Lakin indiki halda İranın özünüqəsdə çevirə biləcək bir istintaqın obyektiv şəkildə aparılmasına Tehran imkan verməyəcək. Bu, mənim gəlmiş olduğun qənaətdir".
Deputat İran hakimiyyətinin bəsit düşüncəli, insani keyfiyyətlərdən, bəşəri dəyərlərdən uzaq bir rejim olduğunu, hətta öz vətəndaşının qayğısına belə qalmıdığını bildirib. Fars rejiminin Güney Azərbaycandakı soydaşlarımıza münasibətini sərt ifadələrlə tənqid edib: "Xoy vilayətində baş verən, cənubdakı soydaşlarımızın böyük fəlakətinə səbəb olan zəlzələ ilə bağlı özü də kömək etmir, Azərbaycanın və Türkiyənin yardım təşəbbüsünə də imkan vermir. Hətta informasiya qaynaqlarından məlumat aldıq ki, Güneydəki soydaşlarımız yığışaraq imkanları daxilində Xoy bölgəsinə isti paltar, yorğan-döşək, çadırlar və digər zəruri əşyaları göndərmək istəyiblər maşın karvanı ilə. Amma rejim mənsubları karvanın qarşısını kəsib, nə yalvarışlara, çağırışlara baxmayaraq, bu karvanın zəlzələ bölgəsinə getməsinə imkan verilməyib. Yəni hətta bizim cənubda yaşayan soydaşlarımızın belə, Xoy camaatına kömək etməsinə imkan verilmir. Deməli, nəticə etibarilə orda soyqırımı aparılır. Təbii fəlakətlər nəticəsində o insanlar ağır faciələrlə üz-üzə qalıblar. Qış vaxtıdır, 25-30 dərəcə şaxtada o insanlar donacaq, uşaqlar, qadınlar, qocalar, isti paltarı, yatmağa yeri olmayan azərbaycanlılar kütləvi şəkildə xəstələnəcəklər. Deyir bir çadıra 4-8 ailə yığışsın, orda gecələsin. Sənin əxlaqına lənət! Sənin əxlaqın hardadır? Bir qızın saçı göründüyünə görə ona min cür işgəncə verdiniz, qətlə yetirdiniz, neçə vaxtdır çadranın altından saçı görünən qadınlara zülm edirsiniz, bu tərəfdən də deyirsiniz ki, 4-8 ailə bir çadırın içərisində yaşasın! Bu ailələrin cavanı var, qızı, yaşlısı, uşağı, kişisi, gənc oğlu var. Utanmaz köpək uşağı! Ay şərəfsizlər, bu cür yanaşma, bu cür insanlıqmı olar?!"

Şərhlər
Çox sağ olun, bu məsələdə Sizin mövqeyinizi çox bəyəndim, məncə Xalqımızın, Millətimizin əksəriyyətinin mövqeyi belə olmalıdır...
Bunları bilirik,ay Fəzail müəllim.Atamın goru haqqı bilirik.Bilmədiyimiz məsələlərdən danış,axı sən deputatsan.Məsəla,Vasif Talıbov niyə cinayət məsuliyyətinə cəlb olunmayıb,əgər həqiqətən də dəvəni karvanıynan,karvanı da sarvanıynan yeyibsə?Və ya necə oldu ki, 40 statya ilə həbs edilib 12 il iş verilmiş Çovdarov 5 il yatıb çıxdı,üstəlik 30 milyonluq əmlakını da qaytardılar,azmış kimi Vosmoy bazarını da geri tələb edir? Noldu yəni,nə baş verdi?Məkkəni ziyarət edib hacı oldumu,günahları sıfırlandımı?Və ya necə oldu ki,respublikanın var-dövləti aşıb-daşdığı halda,yüz milyardlarla dollar ehtiyat pulumuz olduğu halda,Britaniyadan gətirdiyimiz qızıl külçələri qalaq-qalaq topladığımız halda avtobuslarda gediş haqqını 30 faizə qədər qaldırdıq?Və ya necə oldu ki,respublikanın Milli Məclisi təyyarə biletlərinin son dərəcə baha olmasına etiraz etdiyi halda AZAL-ın əsla və əsla vecinə olmadı?İçimizdə olan və heç cür anlaya bilmədiyimiz bu kimi əcaibliklərdən danış ki,millət agah olsun.Yoxsa İran əcaibliklərinə reaksiyanı bundan da qat-qat artıq və çox savadlı şəkildə səhərdən axşama qədər millət çayxanalarda,metroda,avtobusda müzakirə edir də.Nə yeni bir fikir dedin ki?
şərhə hayıf--budu -iqbaldı--o agent politiloqdu-və digər agentlər bu saytı hörmətdən salırlar--bunların əməlləri nədir ki dedikləridə nə ola--
Belə bir bəyanatı Yanvarın 28-də yaydıq
Cənab F.Ağamalı İranın səfirliyimizə, öz vətəndaşlarına qarşı KONSERVATİV-CİNAYƏTKAR hərəkətlərinə kəskin münasibətində çox haqlıdır! Amma, *Ana Vətən*inin İrana və dünya aləminə rəsmi bəyanatı daha təsirli olardı. Cənubi Qafqaz, İran İslam respublikasının yarıdan çoxu əzəli-tarixi-dünənki Azərbaycandır!
Qanqal yeyəndən insan olsaydı adını fars qoymazdılar