Menu

Milli Məclis hüquqşünas axtarır

04.02.2023, 11:41
Milli Məclis hüquqşünas axtarır

Milli Məclisin (MM) Aparatı hüquqşünas ixtisası üzrə vakant vəzifələrə dövlət qulluğuna qəbul ilə əlaqədar müsabiqə elan edir. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaq.

Bu barədə  MM-dən məlumat verilib.

Müsabiqənin yazılı imtahan mərhələsində iddiaçıların nəzəri bilikləri və Azərbaycan Respublikasının qanunvericiliyinə bələdliyi yoxlanılacaq.

Müsahibə mərhələsində namizədlərin hüquq sahələrinə, o cümlədən konstitusiya, cinayət, inzibati, mülki, vergi, maliyyə, əmək və sosial təminat hüququna aid bilik səviyyəsi, hüquq normalarının mənasını aydınlaşdırmaq və fikirlərini səlis ifadə etmək bacarığı, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünyagörüşü müəyyən olunacaq.

Maraqlanan şəxslər öz tərcümeyi-hallarını office@meclis.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Sənəd qəbulu 2023-cü il martın 3-dək davam edəcək. Normayaratma fəaliyyəti sahəsində təcrübəsi olan şəxslərə müsabiqədə üstünlük veriləcək.

Şərhlər

Moshu 2023-02-05 00:14:23

Azərbaycan Respublikasının Milli Məclisi Ali qanunverici orqan olaraq qanun yaradıcılığı ilə məşğul olur, bir sözlə qanun yapır. Nə yapır, becə yapır onu Allah da bilmir, heç deputatların özləri də bilmir. Saytdan bu elanı oxuyandan sonra əlim-ayağım yerdən üzüldü, elə üzüldü ki, yıxılmamaqdan ötrü tutmağa bir şey-şüy tapmadım. Ay başına dönüm, bu nə deməkdir? Deputatın biri deyir indiyə kimi legitim seçki keçirilməyib, o biri təyin olunan doputat deyir Erkin Qədirlini düz söz dediyinə görə məşəl ayağına çəkmək lazımdır, lazım olsa dərisini Nəsiminin dərisi kimi söymək lazımdır. Xatırlayırsınızsa, Astaradan “seçilən”sabiq deputatlardan biri Neft müqaviləsilə bağlı bir məsələni müzakirə edərkən ifadə etdi ki, bu müqavilə bizə xeyli xiyar verəcək. Deputatlar bunu gülüşlə qarşılayandan sonra xiyarı xeyir sözü ilə əvəzlədi, və ya deputatlardan biri müsahibə verir: Mən xarici ezamiyyətə gedirdim, tələbələrimdən biri (gömrükçü) mənə yazınlaşıb cibimə nəsə qoydu, baxıb gördüm ki, dollardır, Soruşdim bu nədir, dedi siz mənim müəllimim olmusunuz, xaricə gedirsiniz bu kiçik cib xərcliyidir. Pulu çıxarıb üstünə tulladım və dedim ayıb olsun, sən məni nə bilirsən? Yaxur deputatımız deyir həcm vedrə ilə ölçülür. Bir sözlə Milli Məcvlisimiz əsl KOMEDİXANADIR. Qayidaq hüquqşünas məsələsinə. Həqiqətən Milli Məclisin əsl peşəkar hüquqşünaslara böyük ehtiyacı var. Ölkəmiz müstəqillik qazandıqdan sonra bu günə kimi Milli Məclisdə hüquqşünaslar deyil hoqqaşünaslar toplaşıb. Çox nadir insanlar var ki, şəxsi keyfiyyətlərinə görə görə bu orqanda çalışırlar. Ümumi saydan götürsək bu rəqəm təxminən 5-10 faiz civarındadır. Əslində, bunu hamı bilir, hamı da özünü görməzliyə vurur. Parlamentə rəhbərlik edən Sahibə xanımın gəlişilə bu iyrənc vəziyyət öz həllini müəyyən qədər tapdı. Bu orqanda kim kimsənin övladıdır, xalası, bibisi məşhur adamdırsa, vəzifə sahibidirsə, onlar müəyyən vəzifəyə təyin olunurlar. Məs., Elmar Vəliyevin oğlu Elmir Vəliyev, Akif Çovdarovun oğlu Ruslan Çovdarov, daha kimlər, kimlər. Bu gün də vəziyyət o qədər ürəkaçan deyil. Fikrimcə, Milli Məclisin hüquqşünas ixtisası üzrə vakant vəzifələrə dövlət qulluğuna qəbul ilə əlaqədar müsabiqə elan etməsi mahiyyət etibarı ilə yalnış addımdır. Belə ki, bu addım bir daha korrupsiyaya şərait yaradacaq, Milli Məclis olmayan nüfuzunu bir daha itirəcək. Bu məsələ reallaşarsa, biyabırçılığın şahidi olacaqsınız. Fikrimcə, bu addım xanım sədrə qarşı yönəlib. Onu bu gün ləkələmək mümkün deyil, bu kampaniyanın məqsədi də budur. Bu ideyanı ortaya atan adam Parlament rəhbərliyinə “sədaqət” nümayiş etdirir. Əslində buna ayı xidməti deyərlər. Ona qalanda, bu gün Milli Nəclisdə fəaliyyət göstərən əməkdaşların kafası yoxlansa, əksəriyyətinin boş olması ortaya çıxar. Ona görə də qəbur edilən qanunların da boş olması üzə çıxar. Allah da bizdən baş çıxarmaz. Sonda yekun olaraq, Milli Məclis bu günkü vəziyyətini, daxili mətbəxini təhlil etsə, o daha effektiv olar.

qaraguruh 2023-02-04 23:12:23

DİM-ə müraciət edin ....birinin qohumun tapacaq ya da kimisə razılaşdıracaq--sora da özünü süddən çıxmış qaşıq kimi cəmiyyətə göstərəcək

Taleh 2023-02-04 14:24:53

Hüquqşünas axtarırsız. Mən yerini bilirəm. Deyim? Röya Ayxan. BDU-nun hüquq fakultəsində müəllim və professorların qabağında oxuya- oxuya qurtarıb.

Kamil 2023-02-04 14:19:45

MM-də deputatlı zadlı 300 nəfər işləyir. Onların 299 nəfəri hüquqşünasdır. Cəmi bir nəfər çatmır. Bax məhzun bu bir nəfərin olmaması və çatışmaması üzündən illərdir ədrabadi qanunlar qəbul olunur. Əgər bu bir nəfər tapılsa ha onda qanunlarımız cabəcag, fısqırıq olacaq.

Kamil 2023-02-04 14:13:56

Qarabağdakı minaaxtaranları cəlb edin onlar axtarıb, tapıb verərlər. Vsyo. Problem həll oldu. Nujeli bu fikir 125 deputatın və bir o qədər də MM aparatı işçilərinin ağıllarına gəlmiyif əcəba...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol