Menu

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib - Diyarbəkir vilayətindəki qəza ilə bağlı

05.02.2023, 17:57
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib - Diyarbəkir vilayətindəki qəza ilə bağlı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN tviterdə paylaşım edib.

"Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır", - paylaşımda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol