TÜRKİYƏDƏKİ GÜCLÜ ZƏLZƏLƏ BU ÖLKƏLƏRƏ DƏ SİRAYƏT EDİB - Yüzlərlə ölən var (Yenilənib)

Zəlzələ nəticəsində Suriyada həyatını itirənlərin sayı 982-yə . Ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, Hələb, Tartus, Həma və Lazkiyada hiss edilən 7,7 maqnitudalı zəlzələdə 982 nəfər ölüb, 1284 nəfər yaralanıb. Suriyalı müxalifətçilərin nəzarətində olan bölgələrdə isə 203 nəfərin zəlzələ nəticəsində öldüyü, yüzlərlə sakinin yaralandığı bildirilir.

Zəlzələnin hiss edildiyi başqa bir ölkə - Livanın daxili işlər naziri Besam Mevlevinin sözlərinə görə isə ölkədə təbii fəlakət nəticəsində insan itkisi qeydə alınmayıb. O bildirib ki, bir neçə binada çat yaranıb.

***

Suriyada güclü zəlzələdə ölənlərin sayı 427-yə çatıb. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 600 nəfər yaralanıb.

***

Türkiyədə gecə saatlarında baş verən 7,4 ballıq zəlzələdən sonra İtaliyada da təhlükəli vəziyyət yaranıb.

İtaliyanın Mülki Müdafiə Departamenti sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Suriyada, Livanda, Misirdə və Kiprdə qonşu Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda güclü təkanlar hiss edilib.

Suriyada zəlzələdə həlak olanların sayı 99-a çatıb. 330-dan çox insan yaralanıb.Bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayılıb. 

Xilasetmə qrupları Əl-Ərbəin məhəlləsində dağıntılar arasında ölən və yaralananların axtarışını aparırlar.

Hadisə yerinə Suriya Qızıl Aypara Cəmiyyətinin təcili yardım maşınları gəlib.

Dəməşqdə, eləcə də Livanın Tripoli və Beyrut şəhərlərində zəlzələ səbəbindən küçələrə axışan insanlar binaların yaxında parklanmış maşınlarını ərazidən uzaqlaşdırmağa çalışırlar.

Xatırladaq ki, Türkiyədə gecə 7,4 maqnitudalı zəlzələ olub. (Mənbə: Al Arabiya, Haber Global)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar