Menu

Aktobe-Bakı təyyarəsi təcili eniş edib

06.02.2023, 18:31
Aktobe-Bakı təyyarəsi təcili eniş edib

Aktobe-Bakı reysi ilə uçan təyyarə Atırau hava limanında təcili eniş edib.

APA “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə uçuşu gerçəkləşdirən “Qazaq Air” şirkəti açıqlama verib.

Təcili enişə sərnişinlərdən birində qanaxma baş verməsi səbəb olub. Ona ilkin tibbi yardım göstərilib, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol