MOLLA REJİMİ ZÜLM İLƏ DAVAM EDƏ BİLMƏZ!

Şəmsəddin Mənsuroğlu, hüquqşünas-publisist

Beynəlxalq aləmdə İslam dininə qarşı vahimə və qorxu, islam peyğəmbərinin surətini satirik mövzuda şişirdib yayılması, səmavi kitabımız - Qurani Kərimin səhifələrinin küçələrə səpələyib yandırılması və məscidlərə olan həqarətlər İranda dövlət siyasətində din xadimlərinin- fars rejiminin idarəçiliyinin mövcudluğu ilə eyni dövrə təsadüf edir. Özünü islam dövləti adlandıran, islama zidd qaydalarla ölkəni idarə edən molla rejimi Allahın yer üzünün əşrəfi kimi yaratdığı insanlara qarşı amansız davranışlarını islamın məqsədi kimi dünyaya çatdırır.

İslam pərdəsi altında səfirliklərə hücum və basqınlar, beynəlxalq aləmdəki radikal addımlar, “kamikadze”lik(mənası “İlahi külək”, ikinci dünya müharibəsi zamanı ABŞ donanmasına qarşı istifadə olunan yapon intiharçı pilotlarına verilən ad) halları islam dini barədə vəhşi obrazlı qeyri-insani təsəvvülər yaradır. “İslam belədirsə, bizə lazım deyil”, - düşünüb İslamı elə İranın timsalında hamının gördüyü kimi qəbul edib, anti-İslam hərəkətlərə start verilir. Necə ki, xristianlığı da Ermənistan urvatsız bir günə qoyub . Məhz bu oxşar cəhətlər İranla Ermənistanın bir araya gəlməsinə imkan verir. Bacılaşıb rəfiqəliyə başladılar...

İran tarix boyu Azərbaycanla qeyri- səmimi olub, əməlləri ilə İslam dinini İslam Peyğəmbərinin təlqin etdiyi qaydalarla yox, özünün anladığı kimi ətrafına sırımağa başlayıb. Qərb və Avropa İranı məhz səhv, fars ideologiyasına görə İslamı zorakı, radikal din, başqa dinlərə qarşı düşmən obrazında tanıyıb. Uzun illər ərzində həyata keçirilən bu yanlış ideologiya İslam haqqında dünyada “kamikadzelər” ərsəyə gətirən, sülhdən və əmin-amanlıqdan, xeyirxahlıqdan uzaq bir din təsəvvürü formalaşıb. Dünyada müsəlman ölkələri çoxdur. Nə Səudiyyə Ərəbistanı, nə Türkiyə, nə Azərbaycan, nə Pakistan və nə də diğər ölkələr İslamı bu dərəcədə gözdən salmayıb. İsveçdə səmavi kitabımız olan Qurani- Kərimin yandırılaraq hamıya nümayiş etdirilməsində də İranın əmmaməli rejiminin apardığı siyasətin müəyyən günahının olduğunu deyərdim.

Yeni ilin 3 yanvar tarixində, sayıq vətənpərvər vətəndaşlarımızın səhih məlumatı əsasında DİN –nin “Salam News” informasiya agentliyi və “İnter.az” telekanalında axtarışları nəticəində 7 nəfərin casusluqda şübhəli bilinərək zərərsizləşdirilməsi də təsadüfi deyildi.

Bu, ölkəmizdə İranın İslam dininə sığındığı casus şəbəkəsinin eyni dinə və eyni kitaba mənsub, guya qardaş sandığı Azərbaycana qarşı ilk xəyanətkar niyyəti deyil. Hələ, 2022-ci ilin noyabr ayında DTX İranın xüsusi xidmət orqanlarının məkrli şəbəkəsini -mütəşəkkil bir dəstəni ifşa etmişdi. 50-dən çox şəxsin İrana casusluqda şübhəli bilinərək saxlanılması, əslində, İranın İslama qənim kəsilən terror şəbəkəsinin həyasızlıqla davam edən hərəkətlərinin canlı təzahürü idi... 

İranın küfrlüyə qapılan casus şəbəkəsi peşəkar kəşfiyyat təcrübəsinə və səriştəsinə malik əməliyyatçıların gücü ilə de-şifrə olundu. İran əmmaməlilərinin zərrə qədər şübhəsi olmasın ki, hər şeydən xəbəri olan ayıq və sayıq kəşfiyyatçılarımızın, peşəkar əməliyyatçılarımızın diqqətindən heç nə yayınmır və İranın casusluq eşqinə düşən şəbəkəsinin hər addımı, hətta evindəki hərəkətləri də izlənilir. Məsuliyyətdən müvəqqəti kənarda duran mütəşəkkil dəstənin digər üzvləri də əməliyyatçılarımızın qarşısında aciz və üzücü vəziyyətdə duracaqlar. Buna heç kimin zərrə qədər şübhəsi olmasın.

Rəsmi Tehranın siyasəti və diplomatik lövhə üzərindəki gedişləri molla təfəkkürü ilə davam etdiyindən hər tərəfə bağlıdır. Bu, şahmat oyununda bir tərəfin suqsvanq vəziyyətində olmasıdır. İranın istənilən gedişi ona məğlubiyyət gətirəcək bir durum yaşadacaq. O, yolunu casus şəbəkəsinin, radikal və terror qruplarının gücü ilə asanlaşdırmaq istəyir. Ona görə meydanda tək qalıb, bir tərəfində Allah evində küfrlük yapan Ermənistan, diğər tərəfində Peyğəmbərimizi aşağılayan Fransa. Bu ölkələrin də vəfası yox. İran yolda yalqız qalacaq... Sağlıq olsun.

Fars rejimi Xoy vilayətində təbii fəlakətin qurbanlarına çevrilən, şaxtalı, soyuq havada evsiz-eşiksiz qalan vətəndaşlarından - soydaşlarımızdan sanki qisas alır. Dövlət özünün Ali məqsədinin icrasından ekstes edir. Bu da küfrlükdür, Quranın lənətlədiyi küfrlük!

İran farslarının Azərbaycanla bu sayaq davranmasının səbəbləri bəllidir. Bunun görünməyən tərəfi də var. Ehtimal edilir ki, Tehranın ölkəmizin yeraltı sərvətində gözü qalıb. 30 il ərzində işğal olunan ərazilərimizi türk dünyasına düşmənçiliyini gizlətməyən ermənilərlə birgə taladı. Dadı damağında qalıb. İran Ermənistanın Azərbaycana qarşı cinayətlərində iştirakçıdır.

Məsələn, İran Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışan, iradəsiz və rahat ələ alınan Əsgərov Zahir Fəxrəddin oğlunu şəbəkəsinə cəlb edərək, neft platformaları, daşınan yüklər və görülən işlər barədə, habelə İran üçün əhəmiyyət kəsb edən digər məlumatlar alıb. Zahid Əsgərov Tehran mollalarına ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəliklər barədə də informasiyalar ötürürmüş . Vətənin çörəyi haram olsun!

Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlərin qarşısını almaq üçün cəzanın sərtləşdirilməsinə zərurət var. Casusluğa - dövlət sirri sayılan məlumatları xarici dövlətə - xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud bu məqsədlə məlumatları oğurlayan, onu toplayan və saxlayan şəxslərə müstəsna cəza tətbiq edilməlidir ki, digərlərinə də görk olsun!

Xalqına və dövlətinə xəyanət etmiş şəxslər heç vaxt islah olunmurlar, çörəyi xəyanətdən çıxan şəxslərin dəyişməsi də mümkün deyil. Belələri nə etdiklərinin fərqində olurlar, ona görə.

İran həmişə Azərbaycanı gözləmədiyi həssas yerindən vurmağa çalışıb. Ya Rəbbim! Bizi “qardaş” sandığımız dövlətdən qoru! Düşmənlərimizdən özümüz qorunarıq.

İranın xüsusi xidmət orqanlarının siyasi xəritəsində Azərbaycan həmişə xüsusi işarə ilə qeyd edilib. Bu məqsədlə İran medianın və sosial medianın imkanlarından maksimum istifadə etməklə, hər iki sahədə özünün casus şəbəkəsini formalaşdırmağa çalışıb.

Amma sən saydığını say... DİN-nin “SalamNews” informasiya agentliyi və “İnter.az” telekanalında həyata keçirdiyi əməliyyat-kəşfiyyat tədbirləri Tehranın istəyini ürəyində qoydu. Yaxın gələcəkdə bu tədbirlərin davamı olacaq, media sektorunda kök salan casus şəbəkəsinin digər nümayəndələrinin də maskası yırtılacaq!

Molla rejimi anlamır ki, vaxt Tehranın xeyrinə işləmir. XXl əsrin tələbləri və modern islahatları ilə barışmağa məhkumsan, İran! Bunu görməmək korluğa, eşitməmək isə karlığa dəlalət edir, “Ağayi mən”!

Azərbaycanın İrandakı və Londondakı səfirliklərinə edilən hücumlarınn arxasında dini radikallığın qaydasız bir oyunu dayanır. Bu, İranın dövlət siyasətinin davamı və təcəssümüdür. Transmilli mütəşəkkil cinayətlərin hazırlanması, təşkili və icrasında bu ”ağalar”ın əl-barmaq izləri var. Təlimat Ali aparatda verilib və bu məzhəkənin arxasında məhz İİR-in molla rejimi dayanır. İslam kəlmə olaraq Allaha təslim olma, salamat və sülh içində yaşama mənalarına gəldiyinə görə, islamın məram və məqsədi sülh və əmin amanlıqdan ibarətdir. Müsəlmanların vəzifəsi isə cəmiyyəti və fərdi islah edib, insanlar arasında barışıq və sülh yaratmaqdır.

Ədalət hər zaman və hər yerdə dövlətçiliyi qoruyan başlıca prinsip kimi qəbul edilib. İran dövləti küfr ilə davam etsə də, onun zülm ilə davamı qeyri-mümkündür!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar