Menu

TÜRKİYƏDƏ 7 GÜNLÜK ÜMUMMİLLİ MATƏM ELAN EDİLDİ

06.02.2023, 21:45
TÜRKİYƏDƏ 7 GÜNLÜK ÜMUMMİLLİ MATƏM ELAN EDİLDİ

Türkiyədə güclü zəlzələ qurbanları və çoxsaylı xəsarətlərlə bağlı 7 günlük ümummilli matəm elan edilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb.

"2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək", - Türkiyə Prezidenti qeyd edib.

Şərhlər

Vətəndaş 2023-02-07 10:35:19

ALLAH KÖMƏY OLSUN TÜRK QARDAŞLARIMIZA,BACILARIMIZA.

ƏNHU 2023-02-06 22:38:55

YA RƏBBİM, SƏN HEÇ BİR DÜŞMƏNƏ SEVİNMƏ FÜRSƏTİ VERMƏ.

Elxan 2023-02-06 22:01:46

Qardaş qardaş deyirik.Milli matəm Azərbaycan tv kanallarının gözünə girsin,heç olmasa o şit,arsız,sırtıq serialları vurun başınıza

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol