Ukrayna lideri Petro Poroşenko Ukrayna şərqində mövcud olan heç bir dövlət xidmətinin göstərilməməsi ilə bağlı fərman imzalayıb.
Bu xidmətlər sırasına məktəblər, xəstəxanalar, məhkəmələr, həbsxanalar və sosial ödənişlər daxildir. Bu haqda “Deutsche Welle“ yazır.
Fərmanda deyilir ki, sözügedən dövlət müəssisələri ən qısa zamanda üsyançılarla münaqişəli bölgələrdə bütün işlərini tamamlayıb, ərazidən evakuasiya olunmalıdırlar. Həmçinin, fərmana əsasən həbsxanalar bağlanmalı və məhbuslar yeni təyin olunmuş ərazilərdəki həbsxanalara yerləşdirilməlidirlər.
Oyunlar sona çatır.
“Bu aldadıcı bir həmlədir. Çünki oyunlar sona çatır. Bütün bu dövlət strukturları Ukrayna höküməti tərəfindən verilən maliyyə yardımı ilə fəaliyyət göstərirdi. İndi isə rəsmi Kiyev oyunu dayandırır.” deyə təhlükəsizlik üzrə rəsmi nümayəndə “AFP”ə müsahibəsində bildirib. Bundan əlavə Ukraynanın şərq bölgələrində tezliklə passportların yoxlanılması əməliyyatı da həyata keçiriləcək.
Qeyd edək ki, bir neçə həftə öncə separatistlər öz şəxsi səsvermələrini keçiriblər. Bu səsvermə isə Rusiya hökümətindən savayı, heç bir beynəlxalq qurum tərəfindən tanınmayıb.
Böyük 20-lik sammitində hər kəs Putinə qarşı
Rəsmi Kiyevin yaydığı son məlumatlara görə, Avstraliyanın Brisban şəhərində keçirilən Böyük 20-lik sammitində dünya liderləri Putini Ukraynadakı vəziyyətə görə sərt tənqid ediblər.
Tənqidlərin sərtlik dərəcəsi o qədər artmış ki, sonda Putin sammiti yarımçıq tərk etmək məcburiyyətində qalıb. Hər kəs Putini hələ də, separatistlərə yardım etməsi səbəbindən açıq şəkildə qınayıb.
Rusiya üsyançılara yardım etmədiyini deyir.
Rəsmi Moskva üsyançılara yardım etmədiyini deməkdə israr edir, bu isə Rusiya ilə ABŞ və Aİ arasındakı münasibətləri gərgin vəziyyətdə saxlayır. Artıq bəzilər münaqişəni “yeni Soyuq Müharibə” deyə adlandırır. Keçmiş Sovet lideri Mixail Qorbaçov da eyni fikri Berlin divarının yıxılmasının 25 illiyinə həsr edilən görüşdə söyləmişdir.
Ukrayna rəsmilərinin verdiklərə son məlumata əsasən, qondarma Donetsk Xalq Respublikası ərazisində son 24 saatda 7 əsgər öldürülmüşdür. Ümumilikdə, münaqişə başlanan dövrdən isə 4.000-ə yaxın şəxs həlak olmuşdur. /eunews.az


Şərhlər