TÜRKİYƏDƏ DAHA BİR NEÇƏ ZƏLZƏLƏ OLUB - FOTO (Yenilənib)

Türkiyənin Sincik (Adıyaman) bölgəsində 5.1 bal gücündə daha bir zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Qeyd edək ki, Türkiyədə baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra 10 şəhərdə həyatını itirənlərin sayı 3432-yə çatıb, 21 min 103 nəfər yaralanıb.

08:52

Fevralın 6-dan 7-nə keçən gecə Türkiyənin mərkəzində 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ Türkiyə vaxtı ilə 06:13-də (07:13-də) qeydə alınıb.

Məlumata görə, yeraltı təkanların episentri Gölbaşı ərazisindən beş kilometr aralıda olub.

Zəlzələnin ocağı iki kilometr dərinlikdə yerləşib.

Ölən və yaralananlarla bağlı məlumatlar dəqiqləşdirilir.

Bundan öncə, yerli vaxtla 02:29-da isə Hatayda, Türkiyə ilə Suriya sərhədi ilə Aralıq dənizi sahillərinə yaxın, Yayladağından 50,7 km aralıda zəlzələ olub. Ocağı 44,17 km dərinlikdə yerləşən zəlzələnin maqnitudası 4,4 bal olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar