TÜRKİYƏNİN 10 VİLAYƏTİNDƏ FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNDU - Ərdoğan açıqladı + VİDEO

Türkiyənin zəlzələ baş vermiş 10 vilayətində fövqəladə vəziyyət elan edilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi zəlzələ bölgəsini əhatə edən 10 əyalətdə tətbiq ediləcək və 3 ay davam edəcək.

“Coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə qarşı-qarşıyayıq” - deyə, Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, zəlzələnin təsirləri 10 vilayətdə hiss olunur: “Çətin hava şəraitinə baxmayaraq, xilasedicilər fədəkarlıqla fəaliyyət göstərir. Çətin şərtlərə baxmayaraq, dövlətimizin bütün imkanları və könüllülərin də dəstəyi ilə axtarış-xilasetmə tədbirlərini davam etdiririk”.

Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, zəlzələ bölgəsinə yardımların çatdırılmasında çətinliklər yaşanır.

O bildirib ki, məcbur qalmadıqca, heç kim zəlzələ bölgəsinə gedən yollardan istifadə etməsin.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 432 nəfər insan həlak olub, 21 103 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar