Yaponiyanın cənub-qərbində Sakuracima vulkanı püskürüb. Qeyd olunur ki, fevralın 8-də səhər Kaqoşima prefekturasında yerləşən Sakuracima aktivləşməyə başlayıb.
Yerli meteoroloji rəsədxananın məlumatına görə, vulkanın püskürmə hündürlüyü 1 000 m olub.
Məlumatda, həmçinin qeyd olunub ki, səhər saatlarında Kyuşu adasından bir qədər aralıda, Filippin dənizində 4,0 bal gücündə zəlzələ də baş verib.


Şərhlər
Nəhayət,Yerin dərinliyindən bayıra çıxmağa çalışan qaz bir sıra zəlzələlərdən sonra Yer səthində zəif yer tapıb vulkan şəklində çıxdı.Böyük zəlzələlərdən sonra təxminən bir həftə - on gün içində dünyanın başqa bir tərəfində mütləq vulkan olmalıdır.Yalnız bundan sonra dağıdıcı zəlzələ səngiyir.Amma bu,Türkiyə zəlzələsindən əvvəlki İran zəlzələsinin vulkanıdır.İranda 28 yanvar gecəsi olmuşdu zəlzələ.O hesabla haradasa bu ayın 13-ü - 15-ində Uzaq Şərqlə Amerika arasındakı zonada daha böyük vulkan olacaq,yalnız o zaman Türkiyədəki təkanlar sakitləşəcək.Yer altındakı fay təbəqələrin tərpənməsi nəticədir,səbəb külli miqdarda toplanmış yüksək təzyiqli qazdır ki,onların 10-15 km dərinlikdə partlaması fay təbəqələrini yerindən oynadır ki Yer titrəyir və zəlzələ olur.Bir krater tapıb yuxarı çıxdığında isə qazların sürəti yüksək olduğu üçün sürtünmə nəticəsində qızaraq partlayır və vulkan şəklində havaya püskürür.Bu,tamamən yoldaş dadaşyevin versiyasıdır.Bu bir həftə içində Şərqi Çinlə Amerika zonasında böyük vulkan püskürdüyündə versiyama inanacaqsınız.