Menu

FHN-in Mobil səhra hospitalı Kahramanmaraşda quraşdırılmağa başlanılıb

08.02.2023, 18:30
FHN-in Mobil səhra hospitalı Kahramanmaraşda quraşdırılmağa başlanılıb

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalı qardaş ölkənin Kahramanmaraş şəhərində quraşdırılmağa başlanılıb.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, hazırda konteynerlər TIR-lar vasitəsilə şəhərin Kahramanmaraş Böyükşəhər Bələdiyyəspor klubunun stadionunun ərazisinə gətirilib və burada quraşdırılır.

Hospitalda FHN-in 41 nəfər tibb heyəti fəaliyyət göstərəcək.

Mobil səhra hospitalı fəaliyyətə başladıqdan sonra burada zəlzələdən əziyyət çəkən insanlara yardım göstəriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol