Menu

Ukrayna Almaniyanın müasir “Panther” tanklarının tədarükü ilə bağlı danışıqlar aparır

09.02.2023, 16:13
Ukrayna Almaniyanın müasir “Panther” tanklarının tədarükü ilə bağlı danışıqlar aparır

"Ukrayna Almaniyanın “Rheinmetall” konserni ilə müasir “Panther” tanklarının tədarükü ilə bağlı danışıqlar aparır".

“Report” xəbər verir ki, bunu “Rheinmetall” şirkətinin baş direktoru Armin Papperqer “Handelsblatt” nəşrinə müsahibəsində deyib.

“Biz Kiyevlə “Panther” tanklarının ixracı ilə bağlı danışıqlar aparırıq”, - o bildirib.

A.Papperqer əlavə edib ki, Ukrayna yeni “Lynx” piyada döyüş maşınları ilə də maraqlanır.

Xatırladaq ki, “Rheinmetall” şirkəti ötən ilin yayında Parisdə keçirilmiş sərgidə “Panthera” tanklarını təqdim edib. O, dünyanın ən güclü döyüş tankı adlandırılıb. Ukrayna isə bu tankı alan ilk ölkə ola bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol