“Türkiyədə baş verən 7,8 bal gücündə zəlzələ nəticəsidnə 30 petajul enerji ayrılıb. 1989-cu ildə ABŞ-da baş verən 6,9 bal gücündə Loma Priyeta zəlzələsi zamanı isə ortaya 1,5 petajul enerji çıxmışdı. Müqayisə üçün Kahramanmaraşda baş verən zəlzələ Loma Priyetadakından 20 dəfə güclü idi”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşrində yayımlanan məqalədə bildirilib.
Xəbərdə qeyd olunub ki, bu zəlzələ nəticəsində ayrılan enerji ilə ABŞ-da 1 il ərzində 774 min evi elektrik enerjisi ilə təmin etmək və ya 5 mindən çox “Boeing-747-100B” təyyarəsinə yanacaq vermək olardı.
“AzPolitika.info”


Şərhlər