Menu

"Rus qoşunları Vuhledar şəhərində ciddi itki verib, geri çəkiliblər" - Britaniya kəşfiyyatı

10.02.2023, 12:33
"Rus qoşunları Vuhledar şəhərində ciddi itki verib, geri çəkiliblər" - Britaniya kəşfiyyatı

“Rusiya qoşunları Donetsk vilayətinin Vuhledar şəhərində ağır itkilər veriblər. Onlar bu uğursuz hücumdan sonra ən azı 30 zirehli texnikanı tərk edərək qaçıblar”.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Baxmut istiqamətində taktiki uğur qazanmağa nail olublar.

Məlumatda, xatırladılıb ki, ruslar bu ilin yanvarın sonunda Vuheldar şəhərinin qərb istiqamətində yeni hücuma başlamışdılar:

“Amma bu, uğurlu olmayıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol