Menu

FTB Mayk Pensin evində axtarış aparıb

10.02.2023, 21:48
FTB Mayk Pensin evində axtarış aparıb

Federal Təhqiqatlar Bürosunun əməkdaşları axtarış aparmaq üçün ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pensin İndiana ştatının Karmel şəhərindəki evinə gəliblər.

APA-nın xəbərinə görə, bu barədə cümə günü "Politico" qəzeti hadisə yerində olan polis əməkdaşına istinadən məlumat yayıb.

Nəşr yazır ki, FTB Pensin evdə hər hansı məxfi materialın olub-olmadığını yoxlayıb. Axtarış keçmiş vitse-prezidentin razılığı ilə aparılıb.

CNN mənbələrinin məlumatına görə, yanvarın sonlarında Pensin evində onun vəkili tərəfindən məxfi sənədlər aşkarlanıb. Daha sonra materiallar FTB-yə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol