Menu

Ermənistanda hökumət binasının yaxınlığında atışma olub

11.02.2023, 01:32
Ermənistanda hökumət binasının yaxınlığında atışma olub

Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Respublika meydanında, hökumət binasının yaxınlığında atışma baş verib.

“Report” Ermənistan mətbuatına istinadəla xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yolsuzluq avtomobilini meydanda saxlamağa çalışıblar, bundan sonra silah səsləri eşidilib.

Yolsuzluq avtomobilinin sürücüsü təhlükəli manevrlər edərək polislərdən birini vurub.

Sonda avtomobil polis tərəfindən saxlanılıb. Ermənistanın hüquq-mühafizə orqanları insidentlə bağlı hələlik şərh verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol