Menu

Yardım tırlarını öz fermasına yönləndirən şəxs saxlanılıb - VİDEO

11.02.2023, 13:11
Yardım tırlarını öz fermasına yönləndirən şəxs saxlanılıb - VİDEO

Hatayda özünü AFAD işçisi kimi təqdim edərək, zəlzələ bölgəsinə göndərilən yardım maşınlarını şəxsi fermasına yönləndirən şəxs saxlanılıb.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hakkarinin Yüksekova bölgəsindən göndərilən yardım tırlarını saxlayan şəxsin, onları öz təsərrüfatındakı fermaya yönləndirdiyi məlum olub.

Fermaya baxış keçirilən zaman orada çoxlu sayda su qutuları, yumurta, uşaq bezləri, tekstil və qida məhsulları aşkarlanıb.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol