Zəlzələ zamanı Kahramanmaraşın Hayrullah məhəlləsindəki mənzildə yaşayan Öner Budak adlı şəxs atasının tikdirdiyi binanın uçması nəticəsində dağıntılar altında qalıb.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ahmet Budak adlı şəxs oğlunun dağıntılar altında qaldığı bina da daxil olmaqla ümumilikdə 3 binada podratçı vəzifəsində çalışıb.
A. Budak oğlundan ümidverici xəbər gözlədiyini bildirib: “Ümidimi üzmədim. İnşallah oğlum sağ qalacaq, Allah onun üzünə baxacaq. O qədər insan işləyir, o qədər mübarizə var. Allah kömək olsun. 1983-1990-cı illər ərzində bu bölgədə 3 bina tikdirdim. Sonra İstanbula köçdüm. İstanbulda yaşayırdım. Ancaq oğlum burada qalırdı. Tez-tez gəlib-getmirdim. Zəlzələ xəbərini eşidər-eşitməz Kahramanmaraşa gəldik”.
“AzPolitika.info”


Şərhlər