Menu

"Azərbaycandan davamlı olaraq təyyarələr gəlir" - Türkiyə XİN başçısı

11.02.2023, 16:21
"Azərbaycandan davamlı olaraq təyyarələr gəlir" - Türkiyə XİN başçısı

"Azərbaycandan davamlı olaraq təyyarələr gəlir".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.

"İnsan və tibbi yardımdan əlavə çadırlar da göndərirlər. Çadırlarla bağlı digər ölkələrlə də danışıqlarımız var. Nəticədə biz çiyin-çiyinə olduq. Azərbaycanın Zəfərində azərbaycanlılar qədər türk milləti də qürur hissi keçirdi. Bugünkü acımızı bizim qədər azərbaycanlı qardaşlarımızın da hiss etdiyini bilirik", - nazir əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol