Böyük Britaniyanın “Pet Shop Boys” qrupu Rusiya Prezidenti Vladimir Putin haqqında “Living In The Past” ("Keçmişdə yaşamaq") mahnısını təqdim edib.
Mahnının videosunda Putinin andiçmə mərasimi, Volqoqradda Stalinin abidəsinin açılışı, etiraz aksiyaları zamanı həbslər və yürüş edən əsgərlərin görüntülərindən istifadə olunub.
Mahnının sözlərində Putinin dilindən deyilir: "Onun kimi (Stalin kimi) mən də qalib gələcəm. Tutulmayacağam. İstəyirəm ki, insanlar mənim adımı ölənə qədər yardlarında saxlasınlar".
“AzPolitika.info”


Şərhlər