Menu

Danimarka bütün haubitsalarını Ukraynaya verib

13.02.2023, 12:14
Danimarka bütün haubitsalarını Ukraynaya verib

Danimarka “CAESAR” adlı bütün özüyeriyən haubitsalarını Ukraynaya verib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bir müddət əvvəl Danimarka hökuməti 19 “CAESAR”ı Ukraynaya verəcəyini bildirmişdi. Bundan başqa, Danimarka Ukrayna hərbçilərinə təlim keçməyə hazır olduğunu da qeyd etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol