Menu

ABŞ ordusu səmada dördüncü naməlum obyekti vurub

13.02.2023, 12:45
ABŞ ordusu səmada dördüncü naməlum obyekti vurub

ABŞ hərbçiləri Kanada sərhədində Huron gölü yaxınlığında daha bir uçan naməlum obyekti vurub.

“AzPolitika.info” xarici mediaya istinadla xəbər verir ki, bu, fevralın əvvəlindən dördüncü belə hadisədir.

Miçiqan ştatından konqresmen Elissa Slotkin bildirib ki, obyekt bazar günü Hərbi Hava Qüvvələri və Milli Qvardiyanın pilotları tərəfindən vurulub.

“Wall Street Journal”ın Kanada rəsmisinə istinadən verdiyi məlumata görə, obyektə ABŞ sərhədindən təxminən 14 mil (22,5 km) aralıda atəş açılıb.

Konqresin əməkdaşlarından birinin sözlərinə görə, səkkizbucaqlı formada olan obyekt 6 km-dən bir qədər çox hündürlükdə olduğundan kommersiya təyyarələri üçün təhlükə yaradırdı.

Pentaqon vurulan naməlum obyektin hərbi baxımdan təhlükə yaratdığına inanmır, lakin ABŞ ordusu onun potensial olaraq kəşfiyyat məqsədləri üçün istifadə oluna biləcəyini düşünür.

Xatırladaq ki, fevralın 4-də ABŞ ordusu Cənubi Karolina sahillərində şübhəli kəşfiyyat şarını vurub. ABŞ rəsmilərinin sözlərinə görə, o Çindən gəlib və strateji obyektlərdə baş verənləri izləyib.

Fevralın 10-da ABŞ Alyaskanın şimalı yaxınlığında daha bir hədəfi vurub. Rəsmilərin dediyinə görə, onun heç bir mühərriki və ya idarəetmə sistemi yox idi.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-02-13 17:17:06

Təsəvvür edək ki,özümüzə bənzərlərini tapmaq həvəsiylə biz uzaq ulduzlara uçuruq bir gün,amma o ulduza enməyə az qalmış bizi vururlar,səbəb də bu olur ki o ulduzdakı dövlətlərdən birisi elə bilib ki bizim raketimiz o ulduzdakı başqa bir dövlətin kəşfiyyat aparatıdır.Nə qədər cılız düşüncədədir bəşəriyyət yau kardeşim.Əgər bəşəriyyət o uçan obyektin haralara məxsus olduğunu öyrənmədən vurmaqda haqlıdırsa o zaman gələcəkdə bizim kosmik gəmilərimizi də o uzaq ulduzlarda vurmağa haqlı olacaqlar.Əlbəttə,əgər bizim kimi cahildirlərsə haqlı olacaqlar,çünki necə ki ABŞ o naməlum obyektləri vurmağa “haqlı” səbəblər gətirir,o uzaq ulduzlardakı cahillər də eləcə səbəb gətirəcəklər.İş 21 trilyon ümumdaxili məhsulla dünya birincisi olmaqda deyil ee,adamlar gərək vnimatelnı olsun yadplanetlilərə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol