MOLDOVADA ÇEVRİLİŞ TƏHLÜKƏSİ - Prezident parlamentə müraciət etdi

“Bu, hərbi hazırlığı olan mülki geyimli şəxslərin cəlb olunması ilə həyata keçirilməli olan diversiyalardan ibarət qısamüddətli plandır. Onlar bəzi dövlət idarələrinə hücumları və girov götürülməsini nəzərdə tutan zorakı hərəkətlər planlaşdırırlar”.

“AzPolitika.info” xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu keçirdiyi son mətbuat konfransında bildirib.

Sandu deyib ki, Ukrayna tərəfi Kremlin Moldovada vəziyyəti destabilizasiya etməklə bağlı planını ona təqdim edib. Həmin plana görə Rusiya, Belarus, Serbiya və Çernoqoriya vətəndaşlarından ibarət olan diversiya qrupları ölkədə vəziyyəti gərginləşdirməklə yanaşı, hakimiyyəti ələ keçirmək üçün tədbirlər hazırlamaq tapşırığı alıblar. Prezident bildirib ki, Kişinyovda dinc aksiyalar adı altında çevriliş yolu ilə hakimiyyətin zəbt olunması cəhdi gözlənilir.

Sandu gözlənilən təhlükələri nəzərə alaraq, parlamentdən xüsusi xidmət və təhlükəsizlik orqanlarının səlahiyyətlərini artırmasını xahiş edib. O, həmçinin bildirib ki, güc strukturları hazırda ölkədəki vəziyyəti nəzarət altında saxlayırlar.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Mubariz 2023-02-13 16:01:36

Moldova ,Ermənistan nəzərdə tutulub .Gürcüstan səsini çıxara bilmir ,bizlərdə heç Marqoya söz deyə bilmirik

Son yazılar