MÜHARİBƏ ERMƏNİLƏRİ QORXUDUB... - Kütləvi şəkildə Rusiya vətəndaşlığından imtina edirlər

“2022-ci ildə Ermənistan vətəndaşlığı almaq istəyənlərin sayı 25 min nəfərə çatıb ki, bu da müstəqil Ermənistanın tarixində ən yüksək göstəricidir”. 

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Diaspora işləri üzrə müvəkkil aparatının şöbə müdiri Ovanes Aleksanyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

Bunun böyük uğur və ermənilərin repatrasiya prosesində irəliləyiş olduğunu bildirən O.Aleksanyan nədən Ermənistan vətəndaşlığı almaq istəyənlərin böyük əksəriyyətinin Rusiyada yaşayan ermənilər olduğunu və nədən bu göstəricinin 2022-ci ildə kəskin şəkildə artdığını açıqlamayıb.

Erməni məmuru etiraf edib ki, indiyə qədər Ermənistan vətəndaşlığı üçün əsasən Yaxın Şərq ölkələrində yaşayan ermənilər müraciət edirdi. Lakin ötən il birdən-birə Rusiyadakı ermənilər kütləvi şəkildə vətəndaşlıq almaq istəyiblər.

Məsələ ondadır ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayan gündən, xüsusilə də səfərbərlik elan olunandan sonra Rusiyanı tərk edənlərin və etmək istəyənlərin sayı dəfələrlə artıb. Bu səbəbdən Rusiyanı tərk etmək istəyən, ya da Rusiyada qalmaq şərtilə müharibəyə getmək istəməyən ermənilər Ermənistan vətəndaşlığı almağa məcbur olublar.

Odur ki, Ermənistandan vətandaşlıq istəyənlərin sayının kəskin artması məhz sözdə Rusiyanın “Z” müharibəsini dəstəkləyən, əməldə isə müharibədən qorxan və qaçan ermənilərin çoxluğu ilə bağlıdır. “Repatrasiya prosesi” və s. barədə deyilənlər isə növbəti erməni nağılıdır...

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar