Menu

Türkiyə zəlzələdən zərər çəkmiş Nurdağı şəhərini yenidən tikiləcə

13.02.2023, 22:24
Türkiyə zəlzələdən zərər çəkmiş Nurdağı şəhərini yenidən tikiləcə

Türkiyənin cənub-şərqində Qaziantep vilayətində yerləşən kiçik Nurdağı şəhəri tamamilə sökülərək yenidən tikiləcək.

"Report" "İhlas"a istinadən xəbər verir ki, bu qərar şəhərə dəymiş külli miqdarda ziyanla əlaqədar ölkə hakimiyyəti tərəfindən verilib.

"Yaşadığımız fəlakət genişmiqyaslıdır. Şəhərsalma Nazirliyi ilə birlikdə Nurdaği mahalını tamamilə sökmək qərarına gəldik", - Zəlzələlərin nəticələrini aradan qaldırmaq üçün təyin edilən Şirnak vilayətinin qubernatoru Osman Bilgin deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol