Menu

Fransa XİN ölkə vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb

13.02.2023, 23:11
Fransa XİN ölkə vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb

Fransa Xarici İşlər Nazirliyi həmvətənlərini Belarus ərazisini gecikmədən tərk etməyə çağırır.Belə bir mes aj bazar ertəsi Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Nazirlik qeyd edib ki, Ukraynadakı münaqişə və Belarus hava məkanının bağlanması səbəbindən “Belarusa hər hansı səfərlər rəsmi olaraq qəbul edilmir”.

“Belarusdakı fransızları avtomobil yolu ilə Litva, Polşa və ya Latviya ilə sərhəd keçidlərindən keçərək, ölkəni təxirə salmadan tərk etməyə çağırırıq. Litva və Latviya ilə sərhədlər açıq qalır. Polşaya gedən səyahətçilər üçün yeganə keçid məntəqəsi Brest-Terespoldur”, XİN-dən bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ-ın Moskvadakı səfirliyi də Rusiyadakı amerikalıları ölkəni tərk etməyə çağırıb. (Mənbə: ntv.ru)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol