Menu

Putin “Vaqner”i Ukraynadan çıxarır – “Get-gedə böyüyən 50 minlik gücdən qorxuya düşüb”

14.02.2023, 14:08
Putin “Vaqner”i Ukraynadan çıxarır – “Get-gedə böyüyən 50 minlik gücdən qorxuya düşüb”

Rusiya Prezidenti Vladimir Putin muzdlu döyüşçülərdən təşkil olunan “Vaqner” qruplaşmasını Ukraynadan çıxarır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “The Mirror” nəşri məlumat yayıb.

Məlumata görə, V. Putin Yevgeni Priqojin tərəfindən qurulan, məhkum edilmiş cinayətkarların “Vaqner”ə cəlb edilməsiylə get-gedə böyüyən 50 minlik gücdən qorxuya düşüb.

“The Mirror” xəbər verir ki, Yevgeni Priqojin də bu yaxınlarda rütbəsi aşağı salınmış rus generalı Sergey Surovikin kimi, Putinə qarşı sui-qəsddə şübhəli bilinirdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol