Menu

Qərb Ermənistana öz təhlükəsizlik modelini tətbiq etmək istəyir - KTMT

14.02.2023, 14:18
Qərb Ermənistana öz təhlükəsizlik modelini tətbiq etmək istəyir - KTMT

Rəsmi Vaşinqton və Brüssel Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, təhlükəsizlik modeli üçün öz formatlarını tətbiq etmək istəyirlər.

APA xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov keçirdiyi brifinqdə deyib.

Sidorov qeyd edib ki, KTMT-nin məsuliyyət zonasında vəziyyət mürəkkəb və gərgin olaraq qalır.

Onun sözlərinə görə, təhlükəsizlik üçün təhdidlərin əsas mənbəyi Qərb elitasının bir hissəsinin KTMT ətrafında və təşkilata üzv olan ayrı-ayrı dövlətlərin daxilində vəziyyəti pozmaq üçün dağıdıcı fəaliyyətidir.

Sidorov onu da əlavə edib ki, təşkilatın Qafqaz regionunda münaqişə potensialı artmaqda davam edir ki, bu da ilk növbədə bir sıra dövlətlər arasında ərazi məsələlərinin həll olunmamasından qaynaqlanır: “Rusiya regionda sabitləşdirici rol oynayır. Eyni zamanda, Vaşinqton və Brüssel Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, təhlükəsizlik modeli üçün öz formatlarını tətbiq etməyə və KTMT-nin bu istiqamətdə səylərini neytrallaşdırmağa çalışırlar”.

Şərhlər

t.ədalət 2023-02-14 15:52:17

Qərbin tətbiq etdiyi təhlükəsizlik modeli Rusiyanın regiondakı basqılarına son qoyacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol