Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar fevralın 15-dən etibarən ödənişli olacaq.
Bununla bağlı “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi məlumat yayıb.
“Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinə məktub ünvanlanıb. Məktubda qeyd olunur ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.
Məlumatda o da qeyd olunur ki, bununla bağlı olaraq ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə 15 fevral 2023-cü il tarixindən etibarən, polietilen torbalar müştərilərə ödənişli qaydada təqdim ediləcəkdir.


Şərhlər
Ay camaat,dükana-bazara öz zənbilinizlə gedin sovet vaxtındakı kimi.Sovet vaxtı polietilen torbalar vardımı?Mənim bir həsir zənbilim var,20 kiloya qədər yük tutur,nə alsam qoyuram zənbilimə polietilensiz filansız,vallah bir həsir zənbil azı beş il gedir.Nəyinizə lazımdı polietilen filanlar,hələ ona pul da çıxsınlar?Hər şey bizim özümüzdən asılıdı.Hərə öz zənbiliylə getsin dükana-bazara,onda görək neyləyəcəklər.Dükan-bazarda polietilen versələr,deyin lazım deyil,öz zənbilim var,qoy bura.Vəssalam.Biraz ədabazlıqdan,lovğalıqdan əl çəkin,onsuz da hamımızın dədəsi,babası bolşevik kommunist olub,indi amerikanlar-ingilislər kimi mədəni görünmək istəməklə deyil,elə sir-sifətimizdən məlumdu kim olduğumuz.Ən son mədənilər 37-də repressiya oldu,sağ qalanlar da 41-45 də getdi.Forsunuzu buraxın,ay mənim sevimli donqililərim.
Hecnə demirəm bu qərarı verənlərin Allah evini yıxsın.guyaki bunlar ətraf mühütü qoruyur.bunlar pul qazanmaq üçün edilən addımdır.saatılan klokların faizini alacaqlar.elə düzgün işləyən siz vaobşe ləğv eləyin kolları.onda deyərəm ki bunlar ətraf mühütü fikirləşir.