Menu

“Nədənsə dövlətin dotasiyaları eyni bələdiyyələrə verilir” - Siyavuş Novruzov

15.02.2023, 12:37
“Nədənsə dövlətin dotasiyaları eyni bələdiyyələrə verilir” - Siyavuş Novruzov

“Nədənsə dövlət tərəfindən bələdiyyələr üçün ayrılan dotasiyalar eyni bələdiyyələrə verilir. Bunu kim necə müəyyənləşdirirlər?! Niyə hər dəfə eyni bələdiyyə dotasiya alır?!”

“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, aparılan müşahidələrə görə 10 il ardıcıl şəkildə eyni bələdiyyə böyük miqdarda dotasiya alıb:

“Lakin həmişə zəif dotasiya alanlar sonrakı illərdə dəstək ala bilmir”.

S.Novruzov əlavə edib ki, yığılan vəsaitlərin xərclənməsi ilə bağlı gələcəkdə nümunəvi sənədlər hazırlanmalıdır:

“Heç bir hesablama yoxdur. Yığılan vəsaitin vətəndaşa izahı olmalıdır”.

Şərhlər

dadaşyev 2023-02-15 15:25:55

O baxır birincisi, bələdiyyə sədrinin hansı bölgədən olmağına,ikincisi vaxtilə qaçıb-qaçmamağına,üçüncüsü qohumluq əlaqələrinə,dördüncüsü diribaşlığına.Əsas bölgə və qaçmaq məsələsidiir ki,bu halda qohumluq və diribaşlıq kimi keyfiyyətlərin,savadlı və ya savadsız olmağın ümumiyyətlə önəmi yoxdur.Əgər bölgə və qaçmaq standart qəlibə sığmırsa qohumluq və diribaşlıq deyilən üçüncü və dördüncü dərəcəli keyfiyyətlər yalnız adamda yaltaqlıq və hiyləgərlik ifrat həddə olarsa işə yaraya bilər.Ümumiyyətlə,bələdiyyə sistemi Azərbaycanda özünü doğrultmadığı üçün bu sistemə ayrılan dövlət vəsaitinə yazıklar olsun türklər demiş.Hər işi onsuz da icrakomlar görür.Bələdiyyə sədrləri isə hər gün alça və gavalı arağıyla kabab yeyirlər deyə əsasən enliəndam olurlar.Mən bələdiyyə sədri tanıyıram ki,tamamən kub şəkillidi,eniynən uzunu bərabərdi,boynu da qaban boynu kimidi deyə dönəmmir sağa sola,bütün bədəniylə dönür.Romb şəkilli,armudvari,paralelopiped,tetraedr,pentod və geptod şəkilli bələdiyyələrə də rast gəlmək olur respublikamızın şəhər və rayonlarında.Əlbəttə,darəndamlılar da olur hərdən,amma istisnalar qaydanı pozmaz.Əgər bələdiyyə sədri darəndamdırsa,demək,həzm prosesi əladı.Daşdan yumşaq nə desən əridir mədəsi.

Mubariz 2023-02-15 13:29:28

Vallah adam məətəl qalır bədən tərbiyəsi üzrə hüquq professoru bunu bulmirsə biz biçarə savadsızlar haradan bilək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol