Rusiya Dumasının 370 üzvündən 15-də koronavirus aşkarlanıb.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, bu nəticə fevralın 14-də keçirilən testlərdən sonra məlum olub.
Belə ki, Vladimir Putinin 21 fevral tarixinə təyin olunan Federal məclisə müraciəti öncəsi Duma deputatları koronavirus testindən keçirilib. Virusa yoluxduğu aşkarlanan deputatların 21 fevraldakı tədbirdə iştirak etməyəcəyi güman olunur.
Qeyd edək ki, Putinin çıxışından sonrakı günə - fevralın 22-nə Federasiya Şurası və Dumanın növbədənkənar iclasları təyin olunub.
Kremlin sözçüsü Dmitri Peskov isə Putinin gözlənilən çıxışı ilə bağlı bildirib ki, ölkə başçısı “mövcud vəziyyətlə bağlı” danışacaq.
“AzPolitika.info”


Şərhlər