Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5814-ə yüksəlib.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb.
Həmçinin qeyd olunub ki, BMT-nin baş katibi Antonio Quterreş Suriya - Türkiyə sərhədindəki Bab əl-Salam və Əl-Rae qapılarının 3 ay müddətinə açılmasına icazə verdiyini açıqlayıb.
“Bu keçid məntəqələrinin açılması daha çox yardımın (Suriyaya) daha sürətli daxil olmasına imkan verəcək. Eyni zamanda girişi və mərkəzlər arasında gediş-gəlişi asanlaşdıracaq”, - Quterreş bildirib.
“AzPolitika.info”


Şərhlər