Menu

Sergey Lavrov Azərbaycana səfər edəcək

15.02.2023, 20:19
Sergey Lavrov Azərbaycana səfər edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir.

Agentliyimizin həmsöhbəti Rusiya XİN başçısının Bakıya səfərinin fevral ayının sonunda baş tutacağını, hələlik dəqiq tarixin müəyyənləşmədiyini söyləyib.

Şərhlər

t.ədalət 2023-02-16 00:16:31

Görünür,Lavrov-Kələntəryanı da Bakıya gətirən "dağlıq Qarabağ" adının və statusunun geri qaytarılması uğrunda Putinin çabasıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol