Vətəndaş Ramiz Şıxəliyev övladı Ceyhunun xəstəliyi ilə bağlı ötən ilin mayında aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə müraciət edib.
"Reportyor.info"ya danışan valideynin sözlərinə görə, özlərinə aid bank kartında təxmini 14 min vəsait yığılmışdı: “Amma Xoşqədəm xanımın paylaşdığı bank kartında ayrıca vəsait yığılıb. Orada daha çox məbləğ var. Biz efirlərə çıxdıqdan sonra Ankarada Gülhanə xəstəxanasına getdik, amma uşaq normal müalicə edilmədi, narazı qaldıq. Adını qoydular ki, gecikib. Bizim şəxsi kartda olan 10 200 dollarla Türkiyəyə getmişdik. Yəni efirdə yığılan puldan bizə verilməmişdi. Xoşqədəm Türkiyədə normal şəraitdə qalacağımıza söz vermişdi, onu da etmədilər, bərbad bir yerdə öz hesabımıza qaldıq. Bakıya qayıdandan sonra Xoşqədəm xanımdan pulu istədik. O da mənə dedi ki, uşaq sağalmayacaq. Sonra qayıtdı ki, çıx efirə və çağırış elə ki, həmin pul xəstə uşaqlara sərf edilsin, onda verəcəm. Mən də efirdə çağırış elədim, ondan sonra Xoşqədəm xanım yenə pulu vermədi, məni blok etdi. Hətta Azərbaycanda pulsuz loqoped vəd vermişdi, onu da etmədi. Bizi aldatdılar, Ceyhun üçün yığılan pulu vermədilər”.
Vətəndaş bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazova və Baş Prokuror Kamran Əliyevə müraciət edib: “Mən övladımın xəstəliyi üçün yığılan vəsaiti istəyirəm. Çox xahiş edirəm ki, dövlət bu məsələni araşdırsın. Əgər bu haqsızlığa son qoyulmasa Prezident Administrasiyası qarşısında intihar edəcəm”.


Şərhlər
Xoşqədəm günün-günorta çağında dələduzluq edir,heç kim əhəmiyyət vermir.Görünür,hansısa xidmətinə görə onun əməllərinə göz yumurlar.
Bu,ağzını açır,səs bu tərəfdən gəlir.Səs gələndə ağzı açılmır,ağzı açılanda səs gəlmir.Qurulma oyun deyil ki?
O cür melodramatik verilişlərə baxmıram,amma qəti əminəm ki,Xoşqədəm xanım istəsə də belə hərəkət eləməz,çünki o pul ictimai formada yığılıb,bütün xalq bundan xəbərdardı; əgər pul verilməyibsə,demək,buna əsaslı bir səbəb var.Əlbəttə,kaş ki uşaq sağalsın,dualarımız onunladı,amma deyirsinizsə ki sağalmayacaq,o halda pulu tələb etməkdə məqsədiniz nədir?Qoy başqa xəstə uşaqların müalicəsinə sərf edilsin.Axı o pulu millət uşağın sağalması üçün verib,sağalmayacağını bildiyiniz halda xərcləməyiniz üçün verməyib.Əgər o pul digər xəstə uşaqların müalicəsinə sərf edilsin demisinizsə,o halda sizə niyə verilməlidir pul?İntihar etmək məsələsi də qəribədir,yəni əgər mən başqalarını müalicə etmək fikrilə birisindən pul tələb edirəmsə,o pul verilmədiyi halda intihar edəcəyəm deyirəmsə, demək mənim özümün müalicəyə ehtiyacım var.Çünki güzgünün qabağında dayanıb özüm-özümə sual verərəm ki,xeyirdimi a bala,o pul sənin özünə çatası deyilsə niyə intihar edəsən ki?Ölsün məni istəməyənlər yəni.