Menu

"Kanada və ABŞ Rusiya təyyarələrini öz sərhədlərində ələ keçirəcək" - Baş nazir

15.02.2023, 23:28
"Kanada və ABŞ Rusiya təyyarələrini öz sərhədlərində ələ keçirəcək" - Baş nazir

Kanada və Amerika Birləşmiş Ştatlari ərazi bütövlüyünün qorunması məsələsinə ciddi yanaşır və onların şimal sərhədləri yaxınlığında Rusiya təyyarələrinin qarşısını almağa davam edəcək.

APA-nın məlumatına görə, bunu Kanadanın baş naziri Castin Trüdo jurnalistlərin Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığının (NORAD) Rusiya təyyarələrini Alyaska yaxınlığında ələ keçirilməsi ilə bağlı sualına cavabında deyib.

"Onlara cavab vermək və ərazi bütövlüyümüzü qorumaqda çox ciddi olduğumuzu nümayiş etdirmək üçün NORAD var və biz bunu etməyə davam edəcəyik" – Trüdo vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol