Menu

Türkiyədə zəlzələdə həlak olan Samir Quliyev ilə Gədəbəydə vida mərasimi keçirilir

16.02.2023, 12:21
Türkiyədə zəlzələdə həlak olan Samir Quliyev ilə Gədəbəydə vida mərasimi keçirilir

Türkiyədə baş verən dağıdıcı zəlzələdə həlak olan azərbaycanlı tələbə Samir Quliyev ilə Gədəbəy rayonunun İnəkboğan kəndində vida mərasimi keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, mərasimdə mərhumun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edirlər.

Daha sonra mərhum kənd qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışlardan sonra fevralın 14-də tapılıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol