Menu

Rus və ukraynalı futbolçular arasındakı davanın görüntüləri yayılıb - VİDEO

16.02.2023, 15:39
Rus və ukraynalı futbolçular arasındakı davanın görüntüləri yayılıb - VİDEO

Xəbər verdiyimiz kimi, Antalyada oteldə məskunlaşan Rusiyanın “Yaroslavl Şinnik” və Ukraynanın “FK Minaj” komandasının futbolçuları arasında qarşıdurma yaşanıb. 

“AzPolitİka.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, futbolçular arasındakı davanın görüntüləri yayılıb.

Xatırladaq ki, Rusiyadan olan  futbolçuların otel işçiləri ilə kobud rəftarından sonra başlayan mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.

Bəzi futbolçuların sınıq xasarətləri alaraq, xəstəxanaya yerləşdirildikləri bildirilir.

Həmçinin qeyd olunur ki, hadisələrdən sonra hər iki komanda oteli tərk edib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol