Menu

Rusiya MN Qərb Hərbi Dairəsinin Maliyyə İdarəsinin rəisinin meyiti tapılıb

16.02.2023, 16:13
Rusiya MN Qərb Hərbi Dairəsinin Maliyyə İdarəsinin rəisinin meyiti tapılıb

Rusiya Müdafiə Nazirliyi Qərb Hərbi Dairəsinin Maliyyə İdarəsinin rəhbəri, 58 yaşlı Marina Yankinanın meyiti Sankt-Peterburqun Kalinin rayonunda yaşadığı evdə aşkarlanıb.

“Report” xəbər verilir ki, məlumatı “RBK” yayıb.

Binanın 16-cı mərtəbəsinin eyvanında onun şəxsi əşyaları və sənədləri tapılıb.

Hüquq-mühafizə orqanları hadisənin intihar olduğunu ehtimal edirlər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol