Menu

"Qəzada 2 müəllim ölüb, 5-i xəstəxanaya yerləşdirilib" - Nazirlikdən açıqlama

17.02.2023, 13:12
"Qəzada 2 müəllim ölüb, 5-i xəstəxanaya yerləşdirilib" - Nazirlikdən açıqlama

Elm və Təhsil Nazirliyi Siyəzəndə yol qəzasında ölən və xəsarət almış müəllimlərlə bağlı məlumat yayıb.

Nazirlikdən "Report"a daxil olan məlumatda deyilir: "Bu gün səhər saatlarında Siyəzən rayonunun Məşrif, Dağquşçu və Qozağacı kənd məktəblərində işləyən 7 müəllimimiz qəzaya düşüb.

Onlardan 2 nəfəri hadisə yerində dünyasını dəyişib. Digər 5 müəllimimiz isə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Qəza nəticəsində dünyasını dəyişən Siyəzən rayonu Məşrif kənd tam orta məktəbinin müəllimləri – Aygün İsmayılova və Aygün Vəliyevanın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin! Yaralı müəllimlərimizə isə şəfa diləyirik!"

Şərhlər

Emil 2023-02-17 14:28:43

Muellimler qaliblar yollarda, axirida bele olurda, tehsil nazirliyinin agilli siyaseti

Adil 2023-02-17 13:33:02

Ölkəmizin ali təhsil müəssisələrinin diplomlarını öz ölkəmiz tanımır və işə girmək istəyəndə yenidən imtahan və atestasiya tələb edir. Bəs onda bu diplomları niyə verirsiniz?

Adil 2023-02-17 13:29:07

Ola bilsin ki, bu müəllimlər Təhsil Nazirliyimizin tədbirlərinə gedərkən baş verib. Belədirsə Nazir ən azı mənəvi məsuliyyət daşıyır.Bəsdiyin, yığışdırın pul yumaq üçün bu əllaməlikləri ..... Prezident sizə etimad göstərib ki, təhsili inkişaf etdirin, şou ilə məşğul olmayın....Ayıbdır vallah...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol