Rusiya sənayesi güman ki, Ukraynaya qarşı müharibənin sonuna qədər mülki təyyarələr buraxa bilməyəcək. Müəssisələr hərbi sifarişlərlə yüklənib və «stress vəziyyətindədir».
Bu barədə «Aviasistemı» şirkətinin baş direktoru Dmitri Xorujik aviasənaye forumunda bəyan edib.
«Əgər kimsə sual verərsə ki, Kazanda Tu-214 təyyarələri seriyası olacaqmı, mən, o saat belə deyərdim: bu, xüsusi hərbi əməliyyatın başa çatma müddətindən asılıdır. Çünki hazırda ehtiyat hissələri tədarükçüləri Tu-214 təyyarəsi barədə düşünmək halında deyillər» - o, bəyan edib. Nümunə qisminndə Xorujik Arzamasın «Temp-Avia» müəssisəsinin və «Proqress» Miçurin zavodunun adını çəkib. Bu zavodlar Tu-214 üçün xətti gücləndirici tədarük etməlidir, amma bunu 2025-ci ilin sonundan tez etməməyi vəd edirlər.
«Siz,hamınız anlayırsınız ki, bu «datçiklər» hansı məhsullara gedirlər və onlar oraya gedəcəklər. Ona görə sənaye hazırda dövlət müdafiə sənayesi sifarişləri səbəbilə stressdə işləyir» - Xorujik əlavə edib.
AzPolitika.info


Şərhlər