Türkiyənin hakim partiyası seçkilərlə bağlı müxtəlif variantları nəzərdən keçirir, lakin onları təxirə salmaq niyyəti və ya qərarı yoxdur.
“AzPolitika.info” xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti öz mənbələrə istinadla yazıb.
“Ədalət və İnkişaf Partiyasında (AKP) bütün variantlar nəzərdən keçirilir, lakin hələlik seçkilərin təxirə salınması ilə bağlı hər hansı qərar və ya niyyət yoxdur. “Prezident Ərdoğan seçkilərin mayın 14-də, partiyanın bəzi üzvlərinin isə 18 iyunda keçirilməsinin tərəfdarıdır. Prezident Ərdoğanın seçkilərlə bağlı heç bir narahatlığının olmadığı bildirilir. Yüksək Seçki Komissiyası (YSK) zəlzələ bölgəsindən köçənlərin və ya zəlzələ zonasında qalanların səs verəcəyi yerlərdə səsvermənin təşkili üzərində işləyəcək ki, bu məsələlərlə bağlı fikir ayrılığı yaranmasın”, - qəzet yazıb.
“AzPolitika”


Şərhlər